Ronaldo: “MYin sahibi olsaydım, orada pis olduğunu düşündüyüm şeyləri düzəldərdim”

28.12.2024

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo, əgər bir gün “Mançester Yunayted”in sahibi olarsa, Ser Cim Ratklif və Qlazer ailəsindən fərqli hərəkət edəcəyinə işarə edib.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar”ın sabjq ulduzu cümə günü Dubayda keçirilən “Globe Soccer Awards” mərasimindəki çıxışında bu barədə danışıb:

“Premyer Liqa dünyanın ən çətin liqasıdır. Bütün komandalar yaxşıdır, bütün komandalar mübarizə aparır, bütün komandalar qaçır, bütün oyunçular güclüdür. İndi futbol fərqlidir. Artıq asan matçlar yoxdur. Mən bunu il yarım əvvəl demişdim və deməyə davam edəcəyəm. Problem məşqçilərdə deyil. Bu, akvarium kimidir, balıqları içəridə saxlasan, xəstələnərsə, çıxarıb problemini həll edərsən, çənə qaytarsan, yenə xəstələnirlər. “Mançester Yunayted”də də eyni problem var. Həmişə menecer günahkar deyil. Bundan daha çox şey var. Əgər kluba sahib olsam, orada nəyin səhv olduğunu açıqlayıb, düzəldəcəm”.

Portuqaliyalı ulduz 2003/09 və 2021/23 illər ərzində Mançester təmsilçisinin heyətində çıxış edib.

Böyük beşlik, Əsas xəbərlər Ronaldo: “Mançester Yunayted”in rəhbəri olsam…”

28 Dekabr 2024, 13:25

Böyük beşlik, Əsas xəbərlər “Yuventus”dan gözlənilməz addım

27 Dekabr 2024, 22:49

Dünya futbolu, Əsas xəbərlər Şərqin ən yaxşısı seçildi

27 Dekabr 2024, 20:51

Böyük beşlik, Əsas xəbərlər Qarnaço “Mançester Yunayted”dən ayrıla bilər

27 Dekabr 2024, 11:13

Böyük beşlik, Əsas xəbərlər Amorim vaxt istəyir

27 Dekabr 2024, 8:49

Böyük beşlik, Əsas xəbərlər Karyerasını İngiltərədə davam etdirə bilər

26 Dekabr 2024, 23:32

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью