Ronaldo namaz qılmağa hazırlaşır

03.12.2024

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayan ulduz futbolçu Kriştiano Ronaldonun İslam dininə hörməti diqqət çəkib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu haqda onun keçmiş komanda yoldaşı Valid Abdullah bildirib. Onun sözlərinə görə, Ronaldo İslam dini ilə çox maraqlanır və namaz rükətlərini öyrənir.

Valid Abdullah həmçinin deyib ki, məşqlər zamanı azan səsini eşidən Ronaldo baş məşqçidən məşqi saxlamağı və müsəlman oyunçuların namaz qılmasını xahiş edir.

Qeyd edək ki, Abdullah 2017-ci ildən "Əl-Nəsr"də qapıçı kimi çıxış edib. O, keçən yay klubdan ayrılaraq, "Əl-Dirayyah" klubuna transfer olunub.
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью