Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Portuqaliya millisinin və “Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo karyerasını bitirməsi ilə bağlı suala cavab verib.
Futbolpress.az xəbər verir ki, 40 yaşlı futbolçu “A Bola” nəşrinin sorğusuna belə cavab verib:
“İnsanlar, xüsusilə də ailəm, deyir ki, “dayanmağın vaxtıdır. Nə üçün mininci qolu vurmaq istəyirsən?” Mən belə düşünmürəm. Komandama kömək edə bilirəmsə, nə üçün dayanım? Düzdür, çox ilim qalmayıb, amma qalan zamanda futbolda maksimum dərəcədə zövq almağa çalışıram”.
Ronaldo bu mövsüm “Əl Nəsr”lə 4 oyunda 4 qol vurub.