Ronaldo nüfuzlu mükafata namizəd göstərildi İdmanXəbər

14.11.2024

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo daha bir mükafat qazana bilər.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu “Globe Soccer Awards” mükafatına namizəd göstərilib. O, Yaxın Şərqin ən yaxşı oyunçusu adı uğrunda mübarizə aparacaq.

Mükafat dekabrın 27-də, Dubayda keçiriləcək mərasimdə təqdim olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью