Ronaldo onlara inanır

14.02.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Əfsanəvi keçmiş hücumçu Ronaldo Nazario müasir Braziliya millisi üçün hansı futbolçuları daha vacib hesab etdiyini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, sabiq forvardın fikrincə, “pentakampeonlar” Vinisius və Neymardan ibarət hücumçu duetinə güvənməlidir:

“Bizim iki böyük oyunçumuz var – Vinisius və Neymar, onlar milli komanda üçün çox vacibdir. İlk növbədə komandanın onlar üçün oynadığından əmin olmalıyıq”.

Mart ayında Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya və Argentina ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью