Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Kriştiano Ronaldo Portuqaliyada 30 milyon avro dəyərində dəbdəbəli malikanə tikdirir.
“Yeni Sabah” xəbər verir ki, Lissabon şəhərindən 30 kilometr məsafədə inşa edilən evin 23 və ayrıca 7 vanna otağı olacaq.
Malikanədə Atlantik okeanına mənzərəsi olan hovuzla yanaşı, şüşə döşəməli xüsusi üzgüçülük hovuzu da nəzərdə tutulub. Pepperoni pizza
Bundan başqa, evdə müasir avadanlıqlarla təchiz olunmuş şəxsi kinoteatr və futbolçunun lüks avtomobilləri üçün 15 maşın tutumlu yeraltı qaraj tikiləcək.
Layihənin genişliyi və nəzərdə tutulan imkanları malikanəni əsl saraya çevirəcək.