Ronaldo polyaklara futbol dərsi keçdi Yeni Sabah

16.11.2024

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

UEFA Millətlər Liqası A qrupunda Portuqaliya millisi doğma meydanda Polşa seçməsini qəbul edib. Lissabonda baş tutan oyunda meydan sahibləri 5-1 hesablı darmadağına imza atıb.

Yenisabah.az xəbər verir ki, matçda Kristiano Ronaldonun fantastik performansı diqqət çəkib. 39 yaşlı əfsanəvi kapitan 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Portuqaliyalıların digər qollarını Rafael Leao, Bruno Fernandes və Pedro Neto vurub. Qonaqların yeganə qolu isə Dominikan Marzukdan gəlib.

Bu nəticə ilə Portuqaliya xallarının sayını 13-ə yüksəldib. Polşa millisi isə 4 xalda qalıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью