Icma.az, Qafqazinfo saytına istinadən bildirir. UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib.
“Qafqazinfo” xəbər verir ki, raundun ilk oyun günündə Portuqaliya Almaniya yığmasına 1:2 hesabı ilə qalib gəlib və finala yüksəlib.
48-ci dəqiqədə Florian Virts alman komandasını hesabda irəli çıxarsa da, 63-cü dəqiqədə Çiko Konseysao hesabı bərabərləşdirib.
Oyunun 68-ci dəqiqədə Kriştianu Ronaldo Portuqaliyanın qələbə qoluna imza atıb. Bununla da 40 yaşlı Ronaldo millidə 137-ci qolunu vurub.
Qeyd edək ki, digər yarımfinalda İspaniya və Fransa qarşılaşacaq.
Bu gün baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.