Ronaldo qələbəni eyvanda qeyd etdi Video

03.07.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Portuqaliyanın dünya çempionatının 1/8 final mərhələsində Xorvatiya üzərində 2:1 hesablı qələbəsindən sonra Kriştianu Ronaldo və komanda yoldaşları qələbəni qeyd ediblər.

“Qafqazinfo” xəbər verir ki, onlar eyvanda coşqu dolu anlar yaşayıblar. Bu zaman aşağıda yüzlərlə azarkeş onlara dəstək olaraq şüarlar səsləndirib.

Xatırladaq ki, Portuqaliya matçın sonlarına doğru həlledici qolu vuraraq 2:1 hesablı qələbəni rəsmiləşdirib. Bu nəticə ilə onlar turnirdə növbəti mərhələyə yüksəlib, Xorvatiya isə dünya çempionatı ilə vidalaşıb.

Qeyd edək ki, Portuqaliyanın 1/4 finaldakı rəqibi İspaniya olacaq.

Sözügedən anları təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью