Ronaldo qol vurdu, əvəzləndi və baş məşqçiyə əsəbləşdi

15.03.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əl-Nəsr"ın hücumçusu Kriştiano Ronaldo komandanın baş məşqçisi Stefano Piolinin onu əvəzləməsinə əsəbləşib. Sport24.az xəbər verir ki, hadisə Səudiyyə Ərəbistanı Pro Liqasının 25-ci turunun "Əl-Holud"la matçında (3:1) baş verib. Ulduz futbolçu baş məşqçinin oyunun 61-ci dəqiqəsindəki qərarından sonra birbaşa paltardəyişmə otağına yollanıb.

Bu görüşdə portuqaliyalı futbolçu dördüncü dəqiqədə fərqlənib və karyerasında 928-ci qolunu vurub.

Qeyd edək ki, 40 yaşlı hücumçu cari mövsümdə bütün turnirlərdə 33 matçda iştirak edib, 28 qol vurub və 4 məhsuldar ötürmə edib. Ronaldonun klubla hazırkı müqaviləsi yayda başa çatır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью