Ronaldo qol vurdu, komandası uduzdu VİDEO

27.05.2025

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Əl-Nəsr" Səudiyyə Ərəbistanı liqasında 70 xal toplayaraq 3-cü yeri tutub.

News24.az xəbər verir ki, komanda çempionluq uğrunda mübarizədə uğursuz olsa da, Ronaldo mövsümü yüksək səviyyədə başa vuraraq liqanın bombardiri olub.

"Əl-Nəsr" mövsümün son turunda keçirilən "Əl-Fateh"lə matçda 2:3 hesabı ilə məğlub olub.

Portuqaliyalı futbolçu bu görüşdə də 2 qol vurmağı bacarıb.

Dünya ulduzu əla formada çıxış edərək 35 qol vurub, bu isə Səudiyyə Pro Liqası tarixində bir mövsümdə vurulan ən çox qol sayında rekorddur. Beləliklə, fərdi baxımdan mövsüm uğurlu sayılsa da, komanda baxımından hədəflərə çatmaq mümkün olmayıb./Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью