Ronaldo qol vurdu, Portuqaliya geridönüş etdi Video

03.07.2026

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Dünya çempionatında 1/16 final mərhələsinin növbəti görüşü Portuqaliya və Xorvatiya milliləri arasında baş tutub.
Yeniavaz.com
xəbər verir ki, Bakı vaxtı ilə 03:00-da start götürən matçın ilk hissəsində hesab açılmayıb.
İkinci hissəyə isə Xorvatiya qolla başlayıb. Belə ki, 53-cü dəqiqədə İvan Perişiç fərqlənib – 1:0.
Portuqaliya 68-ci dəqiqədə hesabı bərabərləşdirib. Kriştianu Ronaldo xorvatların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib.
Əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə isə Portuqaliya 2-ci və həlledici qolu vurub. Qonsalo Ramoş başla dəqiq oynayıb – 2:1.
Bununla da Portuqaliya millisi adını 1/8 final mərhələsinə yazdırıb.
Qeyd edək ki, portuqallar bu mərhələdə İspaniya millisi ilə üz-üzə gələcəklər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью