Ronaldo qollarının sayını 1000ə çatdırmaq istəyir

13.11.2024

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo rəsmi matçlarda vurduğu qolların sayını 1000-ə çatdırmaq istəyir.

QOL.az xəbər verir ki, bu barədə 39 yaşlı hücumçu öz açıqlamasında bildirib. O deyib: 

“Mən açıq şəkildə bildirdim ki, qollarımı 1000-ə çatdırmaq istəyirəm. Həyat prinsipim isə budur: Anı yaşa və gələcək illərdə ayaqlarının necə reaksiya verəcəyini gör. Qollarımın sayını 1000-ə çatdırsam, əla olar. Amma etməsəm, belə bu, mənim üçün problem olmayacaq. Çünki indiyədək hələ heç kim məndən artıq qol vurmayıb”.

Qeyd edək ki, Ronaldo karyerası ərzində 908 qol vurub. O, 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı klubunda oynayır. Ronaldo əvvəllər “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”da çıxış edib.

Kriştianonun Portuqaliya millisində də 216 matçda 133 qolu var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью