Ronaldo qollarının sayını 915ə çatdırdı

30.11.2024

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kriştianu Ronaldo qollarının sayını bir qədər də artırıb. 

QOL.az xəbər verir ki, portuqaliyalı forvard bu dəfə Səudiyyə Ərəbistanı çempionatında fərqlənib. 

“Əl-Nəsr”in hücumçusu “Damak”a qarşı keçirilən matçda dubl etməklə komandasına qələbə qazandırıb. Ronaldo 17-ci dəqiqədə penaltidən hesabı açıb. 79-cu dəqiqədə isə 39 yaşlı forvard matçın yekun nəticəsini müəyyənləşdirib - 2:0. Bununla da Ronaldo qollarının sayını 915-ə çatdırıb. 

Qeyd edək ki, Kriştiano Ronaldo daha əvvəl hədəfinin 1000 qola çatmaq olduğunu bildirib. 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью