Ronaldo qollarının sayını 933 ə çatdırdı

13.04.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səudiyyə Ərəbistanı Liqasında 27-cı turun matçları keçirilir.

QOL.az xəbər verir ki, Kriştiano Ronaldonun komandası “Əl-Nəsr” öz meydanında “Əl-Riyad”ı qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb. 

Bu qələbə sayəsində “Əl-Nəsr” 57 xalla 3-cü pillədəki yerini qoruyub. Lider “Əl-İttihad”ın 65, ikinci yerdəki “Əl-Hilal”ın 58 xalı var.

Kriştiano Ronaldo “Əl-Riyad”la matçda dubl etməklə komandasına qələbə qazandırıb. 40 yaşlı portuqaliyalı futbolçu 56 və 64-cü dəqiqədə fərqlənib.

Bununla da, futbol tarixinin ən yaxşı bombardiri olan Ronaldo peşəkar karyerasındakı qolların sayını 933-ə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью