Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"

05.11.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"

Kriştiano Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurması ilə bağlı açıqlama yayıb.

QOL.az xəbər verir ki, 40 yaşlı hücumçu sosial şəbəkə hesabında paylaşdığı videoda millidə keçirdiyi 23 ilə görə azarkeşlərə təşəkkür edib:

“Bu gün milli komandanın heyətində futbol meydanındakı yolum başa çatır. Başımı dik tutaraq, keçdiyim yolla fəxr edərək və Portuqaliya üçün əlimdən gələni etdiyimi bilərək ayrılıram. Amma heç vaxt sizlərdən biri olmaqdan vaz keçməyəcəm. Portuqaliyanın hər qələbəsinə sevinməyə və həyəcanlanmağa davam edəcəm.

Həyatım boyu dünyanın ən yaxşı futbolçusu olmağa çalışmışam. Ancaq bu gün başa düşürəm ki, ən böyük qələbəm dünyanın ən yaxşı ölkəsini təmsil etmək şərəfi olub.

Bu 23 il üçün təşəkkür edirəm. Mənə inandığınız və uşaqlıq arzumun gerçəkləşməsinə imkan yaratdığınız üçün sağ olun. Portuqaliya forması geyinməkdən duyduğum qürur həmişə mənimlə qalacaq”.

Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisində çıxış edidi. O, millinin heyətində 234 oyun keçirib, 146 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldo millidəki həm oyun, həm də qol sayında dünya rekorduna imza atıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью