Ronaldo: "Bu azarkeşlər cəzalandırılmalıdır" Video

13.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Ronaldo: "Bu azarkeşlər cəzalandırılmalıdır" - Video

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo həmyerlisi, “Əl-Hilal”ın futbolçusu Ruben Nevesə qarşı azarkeşlərin davranışını pisləyib.

QOL.az xəbər verir ki, “Əl-Taavun” azarkeşləri Nevesi təxribata çəkmək məqsədilə oyun zamanı onun mərhum həmyerlisi və dostu Dioqo Jotanın adını səsləndiriblər. Jota ötən il faciəvi avtomobil qəzasında həyatını itirib. Hadisə zamanı Nevesin qəzəbləndiyi görüntülər yayılıb. Ronaldo isə sosial şəbəkə hesabında liqanı bu cür davranışlara qarşı tədbir görməyə çağırıb:

“Liqa bu cür davranışlara görə tədbir görməli və azarkeşləri cəzalandırmalıdır. Bunun artıq futbolla heç bir əlaqəsi yoxdur. Buna sərhəd qoyulmalıdır. Belə davranan insanların bir daha stadiona buraxılmasına icazə verilməməlidir”.

Matçdan sonra Neves hadisə ilə bağlı sualı birbaşa cavablandırmaqdan imtina edib. Lakin o, azarkeşlərin davranışına münasibətini qısa şəkildə ifadə edib:

“Ümid edirəm ki, “Əl-Taavun” azarkeşləri namaza getməyəcəklər”.

Qeyd edək ki, Neves bu sözlərlə tribunadakı davranışın insanlıq dəyərlərinə, prinsiplərinə və dinlərin təməl qaydalarına zidd olduğuna işarə edib.

View this post on Instagram

A post shared by LiveModeTV Portugal (@livemodetv.pt)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью