Ronaldo Qvardiola ilə gizli danışıqlar aparıb SON DURUM | Icma.az
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məşhur braziliyalı keçmiş futbolçu Ronaldo Braziliya Futbol Konfederasiyasının rəhbəri postu uğrunda mübarizə aparmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı İspaniyanın “Sport” nəşri yayıb.
Mənbənin məlumatına görə, Ronaldo növbəti seçkilərdə iştirak etməyi planlaşdırır.
"Yekədiş" seçkilərdə qalib gələrsə, Braziliya millisinin baş məşqçisi postuna Xosep Qvardiolanı dəvət edəcək.
Braziliyalı və ispaniyalının artıq belə bir ssenarini müzakirə etdiyi iddia edilib. Düzdür, Qvardiola hələ Ronaldoya dəqiq cavab verməyib.
2026-cı ildə iş dəyişikliyi onun üçün cəlbedici olsa, Pep bu barədə düşünəcəyini deyib.
Bir vaxtlar Ronaldo və Qvardiolanın yollarının "Barselona"da kəsişdiyini vurğulamağa dəyər.
Tam oxu
Xəbəri oxu