Ronaldo Real dan niyə getdi? Özü açıqladı

04.02.2025

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Kristiano Ronaldo "Real Madrid" klubundan ayrılmasının səbəbini açıqlayıb. 

Portuqaliyalı ulduz müsahibəsində 2018-ci ildə Madrid təmsilçisindən gedişini belə açıqlayıb:

"Yeni macəra üçün "Real Madrid"dən ayrıldım. Florentino Perezə gedəcəyimi dedim və o da qəbul etdi. Lakin sonradan fikrini dəyişdi və məni qaytarmaq istədi. Ancaq artıq çox gec idi, çünki "Yuventus"a söz vermişdim". 

Qeyd edək ki, Kristiano Ronaldo 2018-ci ildə "Real"dan "Yuventus"a transfer olunmuşdu. \\Offsideplus.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью