Ronaldo rekorda bir addım da yaxınlaşdı

30.10.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səudiyyə Ərəbistanı Pro Liqasında XII turun mərkəzi qarşılaşması baş tutub.

Futbolpress.az xəbər verir ki, “Əl-Nəsr” öz meydanında “Əl-Xolud”u qəbul edib. 8 qolun vurulduğu fantastik matçda Ər-Riyad təmsilçisi 5:3 hesablı parlaq qələbə qazanıb.

Qarşılaşmanın qəhrəmanı 15 dəqiqə ərzində het-trik edən portuqaliyalı ulduz Kriştiano Ronaldo olub. Meydan sahiblərinin digər qollarını 24-cü dəqiqədə Anxelo və 38-ci dəqiqədə Sadio Mane vurublar. Qonaqların heyətində isə Jülyen Dominges dubl edib, Antuan Loik Essomba isə bir dəfə fərqlənib.

Bu het-triklə Kriştiano Ronaldo karyerası ərzində rəsmi matçlarda vurduğu qolların sayını 985-ə çatdırıb. Əfsanəvi hücumçunun futbol tarixində möhtəşəm 1000 qol zirvəsinə fəth etməsinə cəmi 15 qol qalıb.

Qeydə alınan nəticə:

Səudiyyə Ərəbistanı Pro Liqası

XII tur

Əl-Nəsr – Əl-Xolud 5:3

Qollar: Anxelo, 24, Sadio Mane, 38, Kriştiano Ronaldo, 66, 72, 81 – Jülyen Dominges, 16, 90+4 (pen.), Antuan Loik Essomba, 45+2

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью