Ronaldo rekordunu yenilədi

29.11.2024

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo öz rekordunu yeniləyib.

Metbuat.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının 12-ci turunda Ronaldo dubl edib. Ronaldonun iki qolu sayəsində "Əl-Nəsr" "Damak"ı 2-0 hesabı ilə məğlub edib. Bununla da, Ronaldo karyerasında 915-ci qola imza atıb. Bu həm də, yeni dünya rekordudur. Kriştiano Ronaldonun hədəfinin 1000 qola çatmaq olduğu irəli sürülür.

Qeyd edək ki, qələbədən sonra xallarını 25-ə çatdıran "Əl-Nəsr", Səudiyyə Ərəbistanı çempionatında üçüncü sırada qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью