Ronaldo “Rio Ave” ilə yoldaşlıq görüşündə het trik edib

08.08.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 8 avqust, AZƏRTAC

Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubunda çıxış edən hücumçu Kriştiano Ronaldo Portuqaliyanın “Rio Ave” komandası ilə yoldaşlıq görüşündə het-trik edib.

AZƏRTAC xəbər verir ki, portuqaliyalı 44, 63 və 68-ci dəqiqələrdə fərqlənib. Forvard üçüncü qolu penaltidən vurub.

Ronaldo bu mövsüm ərzində iki yoldaşlıq oyununda 4 qol vurub, o cümlədən iyulun 30-da Fransanın Tuluza komandası ilə yoldaşlıq görüşündə 2:1 hesabı ilə qalib gəlib.

"Əl-Nasr" - "Rio Ave" matçı 4:0 hesabı ilə başa çatıb. Qarşılaşmada hesabı fransalı müdafiəçi Mohamed Simakan açıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью