Ronaldo robot qapıçıya qarşı mübarizə apardı Video

01.12.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ronaldo robot qapıçıya qarşı mübarizə apardı - Video

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo maraqlı sınaqda iştirak edib.

QOL.az xəbər verir ki, məşhur "YouTube" bloqeri Mark Roberin təşkil etdiyi eksperiment çərçivəsində portuqaliyalı hücumçu süni intellektlə idarə olunan robot qapıçıya qarşı mübarizə aparıb.

Rəqibini məğlub etmək Ronaldo üçün asan olmayıb. O, yalnız 12-ci cəhdində qapıçıya qalib gələ bilib. Hücumçu hədəfə çatmaq üçün müxtəlif zərbə növlərindən istifadə edib. Sınağı kənardan izləyən milli komanda üzvləri uğurlu zərbədən sonra Ronaldonu təbrik ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью