Ronaldo robot qapıçıya qarşı oynadı | Icma.az
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir. Kriştiano Ronaldo maraqlı sınaqda iştirak edib.
“Əl-Nəssr”in ulduz futbolçusu robota qarşı oynayıb."Football-plus.az" xəbər verir ki, portuqaliyalı hücumçu məşhur “youtube” blogeri Mark Roberin təşkil etdiyi eksperiment çərçivəsində süni intellektlə idarə olunan robot qapıçıya qarşı mübarizə aparıb.
Rəqibini məğlub etmək Ronaldo üçün heç də asan olmayıb. O, yalnız 12-ci cəhdində qapıçıya qalib gələ bilib.
Kriştiano hədəfə çatmaq üçün müxtəlif zərbə növlərindən istifadə edib.
Sınağı kənardan izləyən milli komanda üzvləri uğurlu zərbədən sonra Ronaldonu təbrik ediblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu