Ronaldo sabiq komandası haqda: Problem məşqçidə deyil

27.12.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo sabiq komandası "Mançester Yunayted" haqda danışıb. 

QOL.az xəbər verir ki, o, "Globe Soccer Awards" mərasimində deyib:

"Mançester Yunayted"i sevirəm və kluba ən yaxşısını arzu edirəm. Problem məşqçidə deyil, başqa şeydədir. Klubun sahibi olsam, vəziyyəti aydınlaşdıraram və nəyi pis hesab edirəmsə, düzəldərəm". 

Qeyd edək ki, "Mançester Yunayted" hazırda turnir cədvəlində 22 xalla 14-cü yerdədir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью