Ronaldo sahibi olduğu klubu satır 50 milyon avroya

23.05.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

Braziliya millisinin sabiq lideri Ronaldo sahibi olduğu "Valyadolid" klubunu satır.

Sportal.az xəbər verir ki, klubun yaydığı məlumata görə, Direktorlar Şurasının sədri və əsas səhmdar olan Ronaldo nəzarət səhm paketinin Şimali Amerika investisiya qrupuna ötürülməsi barədə razılaşma imzalayıb. Sazişin maliyyə dəstəyi Avropa fondu tərəfindən təmin olunur.

Müqavilə İspaniyanın Ali İdman Şurası tərəfindən nəzərdən keçiriləcək.

Ronaldo bu satışdan 50 milyon avro əldə edəcək. Braziliyalı Ronaldo 2018-ci ildən bəri "Valyadolid" klubuna sahib idi. Bu il klub son altı ildə üçüncü dəfə La Liqanı tərk etdi.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью