Ronaldo seriala çəkilir Layihədə Anri də var…

28.07.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo “Kingsman” franşizasının rejissoru Mettyu Vonla birlikdə Britaniya futbol agenti haqqında serial üzərində işləyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, layihə agent Darren Deynin ideyası əsasında çəkilir.
Çəkilişlər Londonda start götürüb. İlkin olaraq “Day 1s” adlandırılan serialda futbol rəsmisi Stenli Daltonun hekayəsini təqdim edəcək.
Aktyor heyətinə keçmiş futbolçu Tyerri Anri və reper Deyv də daxildir.
Ronaldo rollardan birini oynamaqla yanaşı, serialın icraçı prodüseri kimi də fəaliyyət göstərəcək.
Serial Britaniya futbolunun pərdəarxası dünyasını daha real və dramatik şəkildə təqdim etməyi nəzərdə tutur.
“Day 1s” futbolçunun “Marv Films” şirkətinin bir bölməsi kimi Mettyu Vonla birlikdə qurduğu “URMarv Studios”un debüt filmi olacaq.
Qeyd edək ki, Metyu Vonun rejissorluq işləri arasında “Lock, Stock and Two Smoking Barrels”, “X-Men: First Class” filmləri və “Kingsman” seriayası var.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью