Ronaldo: Səudiyyəlilərə deyirəm ki, mən onlardan biriyəm

12.11.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Portuqaliya millisinin və "Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanındakı həyatı və yerli çempionat haqda danışıb.

QOL.az xəbər verir ki, 40 yaşlı hücumçu Səudiyyə Ərəbistanı çempionatının inkişaf üçün böyük potensiala malik olduğuna inandığını deyib:

"Mən liqanı layihəsinə, futbola və burada çalışan insanlara inanıram. Səudiyyə Ərəbistanı çempionatının böyük potensialı var. Liqa son 3 ildə nəzərəçarpacaq dərəcədə inkişaf edib. Səudiyyəlilərin futbola dəli ehtirası var.

"Mənim üçün çox vacib olan turizm də son illərdə nəzərəçarpacaq dərəcədə inkişaf edib. Bunun bir parçası olduğum üçün xoşbəxtəm. Səudiyyəlilərə deyirəm ki, mən onlardan biriyəm, mən də Səudiyyəliyəm".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью