Ronaldo subaylığın daşını atdı: 10 ildən sonra evləndi

12.08.2026

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo uzun illərdir birlikdə olduğu Corcina Rodriqeslə evlənib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 10 ildir münasibətdə olan cütlük nikah xəbərini sosial şəbəkədə yayımladıqları foto ilə elan edib.

Paylaşımda Ronaldo və Corcinanın əllərindəki üzüklər diqqət çəkib. Məşhur futbolçu fotoya “CG” qeydini əlavə edib.

Ronaldo ilə Rodriqes 5 övlad böyüdür, onlardan ikisi bu münasibətdən dünyaya gəlib. Uzun illərdir birlikdə yaşayan cütlüyün sevgilərini rəsmiləşdirməsi pərəstişkarları arasında böyük maraq doğurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью