Ronaldo tarix yazdı 6 fərqli dünya çempionatında qol

23.06.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo növbəti rekorda imza atıb.

Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçu DÇ-2026-nın K qrupunda Özbəkistanla oyunda fərqlənərək adını dünya futbolu tarixinə yazdırıb.

Ronaldo bununla dünya çempionatlarının 6 müxtəlif final mərhələsində qol vuran ilk futbolçu olub.

O, 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı illərdə keçirilən mundiallarda rəqib qapılarına yol tapmağı bacarıb.

Qeyd edək ki, Kriştiano Ronaldo mundiallarda qol vuran ən yaşlı meydan oyunçusu rekorduna da sahib olub.

“Jirona”da yeni baş məşqçi: Komandanı La Liqaya qaytarmalıdır Qattuzo rəsmən "Latsio"da "Şaxtyor"dan yeni transfer “Real” La Liqaya qalib gəldi: Ali Məhkəmə qərarı təsdiqlədi Kanalesten “Rasinq”ə qayıdış: 16 ildən sonra evə qayıtdı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью