Ronaldo tarixi rekord qırdı DÇ nin ən yaşlısı oldu

17.06.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dünya çempionatları tarixinə düşüb.

Apasport.az xəbər verir ki, 41 yaş 132 günlüyündə DR Konqo ilə matça start heyətində başlayan hücumçu mundial tarixində ilk “11-lik”də meydana çıxan ən yaşlı meydan oyunçusu olub.

Qeyd edək ki, dünya çempionatları tarixində start heyətində meydana çıxan ən yaşlı futbolçu Misir millisinin sabiq qapıçısı Essam əl-Hadaridir.

O, DÇ-2018-də Səudiyyə Ərəbistanına qarşı oyuna 45 yaş 161 günlüyündə ilk “11-lik”də başlayıb.

Ronaldo isə qapıçılar nəzərə alınmadıqda mundial tarixində start heyətində meydana çıxan ən yaşlı meydan oyunçusu olub.

Bernardo Silva "Real"da - RƏSMİ De Pauldan Messi açıqlaması – “Qollarından xəbəri belə yoxdur” DÇ-26: Avstriya İordaniyanı məğlub etdi - YENİLƏNİB Messidən tarixi het-trik - Klozenin rekorduna çatdı Haalanddan DÇ debütündə şou - Matçın ən yaxşısı seçildi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью