“Ronaldo üçün darıxırammı?”

15.11.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kriştiano Ronaldonun milli karyerasını başa vurmasından sonra ilk oyununa çıxan Portuqaliya yığması doğma meydanda Danimarkaya darmadağın olub – 1:4.

Futbolpress.az xəbər verir ki, matçdan sonra baş məşqçi Xorxe Jezusa verilən “Ronaldodan ötrü darıxırsınızmı?” sualı diqqət çəkib. Portuqaliyalı mütəxəssis bu sərt suala belə cavab verib:

“Ronaldo üçün darıxırammı? O, artıq milli komandada deyilsə, necə darıxa bilərəm? Yalnız mənimlə vaxt keçirmək üçün yanımda olsa, darıxardım”.

Braqada keçirilən görüşdə danimarkalılar Pyer-Emil Hoyberq, Rasmus Hoylund (dubl) və Yoaxim Andersenin qolları ilə dörd dəfə fərqləniblər. Portuqaliyanın yeganə cavab qoluna isə Bernardo Silva imza atıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью