Ronaldo və Corcinanın evlənəcəyi tarix bilindi

02.08.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ronaldo və Corcinanın evlənəcəyi tarix bilindi

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo və nişanlısı, model Corcina Rodrigez gələn həftəsonu Madeyrada toy edəcəklər.

QOL.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, Ronaldo və Corcina Funşal Katedralında evlənəcəklər, daha sonra isə beşulduzlu oteldə toy mərasimi keçiriləcək. Otelin qonaqlarına iki mərtəbənin, eləcə də bir neçə bar zonasının cümə və şənbə günləri bağlı olacağı bildirilib.

Funşal Ronaldonun doğulduğu şəhərdir. Portuqaliyalı futbolçu modelə 2025-ci ildə evlilik təklifi edib. Ronaldo və Corcina 2016-cı ildən bəri münasibətdədirlər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью