Ronaldo və Messi eyni klubda oynayacaq

29.03.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının portuqaliyalı futbolçusu Kriştiano Ronaldo Klublararası Dünya Çempionatı zamanı Lionel Messinin çıxış etdiyi MLS-in “İnter Mayami” klubuna keçə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Ronaldo Mayami komandası ilə qısamüddətli müqavilə imzalamağı düşünür. Ronaldonun “Əl-Nəsr”lə əmək müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Klublararası dünya çempionatı iyunun 13-dən iyulun 15-dək ABŞ-da keçiriləcək. 
“İnter Mayami” Braziliyanın “Palmeyras”, Portuqaliyanın “Porto” və Misirin “Əl-Əhli” klubları ilə eyni qrupda mübarizə aparacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью