Ronaldo və Messi rəmzi yığmada yer almadı

27.12.2024

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2024-cü ilin rəmzi komandası açıqlanıb. Sport24.az xəbər verir ki, ilin "11-liy"ini İFFHS müəyyənləşdirib.

Siyahıda İspaniya millisinin daha çox üzvü yer alıb. Pireneylilər üç oyunçu ilə təmsil olunublar.

Qapıçı: Emiliano Martines (Argentina);

Müdafiəçilər: Dani Karvaxal (İspaniya), Ruben Diaş (Portuqaliya), Antonio Rudiger (Almaniya), Alfonso Devis (Kanada);

Yarımmüdafiəçilər: Rodri (İspaniya), Cud Bellinqem (İngiltərə), Toni Kroos (Almaniya);
Hücumçular: Lamin Yamal (İspaniya), Erlinq Haland (Norveç), Vinisius Junior (Braziliya).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью