Ronaldo və Messidən sonra Çempionlar Liqasında 100 qol vuran odur

27.11.2024

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Barselona"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında qol sayını 100-ə çatdırıb.

QOL.az xəbər verir ki, polşalı forvard Liqa mərhələsinin 5-ci turunun "Brest"lə oyununda penaltini dəqiq yerinə yetirib.

Bununla da o, ÇL-də 100 qol həddinə çatan 3-cü futbolçu olub. Əvvəllər bu göstəriciyə yalnız Kriştiano Ronaldo (140) və Lionel Messi (129) nail olub.

36 yaşlı futbolçu 100 qolu 125 matçda vurub.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən Kərim Benzemanın Çempionlar Liqasında 90 qolu var. Tomas Müller bu turnirdə 54, Kilian Mbappe 49 qol urub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью