Ronaldo: “Vicdanım rahat şəkildə ayrılıram”

07.07.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo DÇ-2026-da İspaniyaya məğlubiyyətdən (0:1) sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, 41 yaşlı hücumçu bunları deyib:

“Vicdanım rahatdır. Əlimdən gələnin ən yaxşısını etdim. Portuqaliya ilə 3 titul qazandım. Məndən əvvəl Portuqaliya heç vaxt çempion olmamışdı. Xoşbəxtəm. Portuqaliyanın qazandığı ən böyük uğur, mənim üçün Dünya Çempionatı qədər dəyərli olan Avropa çempionluğu idi. Bir daha deyirəm, vicdanım rahat şəkildə ayrılıram. Sabah yeni bir gün başlayacaq və həyat davam edəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью