Ronaldo Yaxın Şərqdə ilin ən yaxşısı seçildi

27.12.2024

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo "Globe Soccer" mükafatını qazanıb. 

QOL.az xəbər verir ki, 39 yaşlı hücumçu 2024-cü ildə Yaxın Şərqin ən yaxşı futbolçusu seçilib. 

O, digər namizədlər Riyad Mahrez ("Əl-Əhli"), Sergey Milinkoviç-Saviç, Salem Əl-Dosari (hər ikisi "Əl-Hiləl") və Sufyan Rahimini ("Əl-Əyn") qabaqlayaraq qalib gəlib. 

Qeyd edək ki, 2023-cü ildə "Globe Soccer"in ilin ən yaxşı futbolçusu mükafatı Erlinq Haalanda, ən yaxşı məşqçisi isə Xosep Qvardiolaya (hər ikisi "Mançester Siti") verilmişdi. Həmin ilin ən yaxşı Yaxın Şərqin futbolçusu mükafatının qalibi isə Kriştiano Ronaldo olmuşdu. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью