Ronaldo yenə FİFAya məhəl qoymadı

18.12.2024

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Portuqaliya millisinin və "Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldo FİFA-nın "The Best" mükafatının səsverməsinə qatılmayıb.

QOL.az xəbər verir ki, 39 yaşlı hücumçu səs verməkdən imtina edib.

Onun əvəzinə bunu “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva edib.

2024-cü ilin ən yaxşı oyunçusu mükafatı üçün səsvermədə yarımmüdafiəçi komanda yoldaşı Rodrini 1-ci, Vinisius Junioru (“Real”) 2-ci, Erlin Haalandı (“Mançester Siti”) isə 3-cü yerə qoyub.

Ronaldo ötən il də "The Best"in səsverməsində iştirak etməmişdi. Onun əvəzinə bunu müdafiəçi Pepe etmişdi.

Qeyd edək ki, 2024-cü ilin ən yaxşı futbolçusu Vinisius Junior seçilib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью