Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Ronaldo yeni mövsümdə qol hesabını açdı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Səudiyyə Ərəbistanı Pro Liqasında ikinci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, “Əl-Nəsr” səfərdə “Əl-Riyad”ın qonağı olub. “Əl-Nəsr”in ulduzu Kriştianu Ronaldo yeni mövsümdə ilk dəfə meydana çıxıb. İkinci hissədə oyuna qoşulan portuqaliyalı ulduz 2026/27 mövsümündə debütunu qolla qeyd edib.
“Əl-Riyad” - “Əl-Nəsr” - 0:4
Qollar: Amri, 18, Angelo, 45+1, Joao Feliks, 58, Ronaldo, 83
Qeyd edək ki, iki turdan sonra maksimum nəticə göstərən “Əl-Nəsr” “Əl-Hilal” və “Neom”la birgə 6 xalla şərikli liderdir.