Ronaldo yeni rekorda imza atdı

10.01.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Onun rekordu ölkə çempionatının 14-cü turunda “Əl-Ohdud"la oyunda qeydə alınıb.

“Əl-Nəsr”in 3:1 hesabı ilə qalib gəldiyi oyunda komandanın qollarını Sadio Mane (2) və Kriştiano Ronaldo vurub. Portuqaliyalı hücumçu görüşdə fərqlənməklə unikal göstəriciyə imza atıb.

Ronaldo karyerasında 24 futbol təqvimi ilinin hər birində qol vuran ilk oyunçu adını qazanıb. Bu həm də 39 yaşlı hücumçunun 2025-ci ildə ilk qolu olub.

"Cebheinfo.az" 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью