Ronaldo yeni rekorda imza atıb

24.11.2024

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Bakıvaxtı.az-ın məlumatına görə, portuqaliyalı futbol tarixində fərqli rəqiblərə qarşı 200 qol vuran ilk oyunçu olub. 

O bunu Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda “Əl-Qadisiyyə”yə (1:2) qarşı oyunda vurduğu qolla bacarıb.

Ümumilikdə forvardın karyerasında vurduğu 911-ci qol olub.

Qeyd edək ki, 32-ci dəqiqədə meydan sahiblərinin ulduzu Ronaldo hesabı açıb. 37-ci dəqiqədə “Əl-Qadisiyyə”nin yarımmüdafiəçisi Xulian Kinyones hesabı bərabərləşdirib. İkinci hissənin əvvəlində hücumçu Pyer-Emerik Obameyanq matçda qonaqlara qələbə qazandıran qolun müəllifi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью