Ronaldo yenidən “Qızıl top” qazandı Bu dəfə fərqli mükafat

29.10.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Portuqaliyalı ulduz Kriştiano Ronaldo növbəti fərdi mükafata layiq görülüb.

Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçu 2008-ci il performansına görə bütün zamanların “Qızıl top”u (“Ballon d'Or of All Time”) mükafatının qalibi seçilib.

Ronaldo mükafatı qazandıqdan sonra azarkeşlərə təşəkkür edib:

“Futbol azarkeşlərə məxsusdur. Dünyanın hər yerindəki bütün azarkeşlərə təşəkkür edirəm. Bütün zamanların ‘Qızıl top’ mükafatı həm də sizindir”.

Qeyd edək ki, Kriştiano Ronaldo 2008-ci ildə “Mançester Yunayted”in heyətində İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının qalibi olub. O, həmin il karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb.

Portuqaliyalı futbolçu ümumilikdə beş dəfə – 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə “Qızıl top”a sahib çıxıb.

Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью