Ronaldo yorulmaq bilmir

08.08.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Yoldaşlıq matçları çərçivəsində dünən baş tutan “Rio Ave” – “Əl Nəsr” oyununda Cristiano Ronaldo yenidən səhnəyə çıxıb.

Fanat.Az xəbər verir ki, 40 yaşlı superulduz qarşılaşmada het-trik edərək komandasına qələbə qazandırıb.

Matçın 44-cü dəqiqəsində hesabı açan Ronaldo, 63-cü dəqiqədə ikinci qolunu vurub. Oyunun 68-ci dəqiqəsində isə penalti zərbəsini dəqiq yerinə yetirərək het-trikini rəsmiləşdirib.

Bu nəticə ilə Ronaldo bir daha göstərib ki, illər keçsə də, qapı qarşısında hələ də ən təhlükəli adlardan biridir.

Qeyd edək ki, görüş "Əl Nəsr"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью