Ronaldodan daha bir qol

14.12.2024

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kriştiano Ronaldo əsas hədəfinə çatmaq yolunda daha bir addım atıb: ulduz futbolçu qollarının sayını artırıb.

Portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı çempionatında növbəti dəfə qapıya yol tapıb. “Əl-Nəssr”in hücumçusu “Əl-İttihad”la keçirilən matçda komandasının yeganə qoluna imza atıb. Bununla da 39 yaşlı Ronaldo karyerası ərzində vurduğu qollarının sayını 916-ya çatdırıb.
Lakin bu qol “Əl-Nəssr”i məğlubiyyətdən xilas etməyib. “Əl-İttihad” 2:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, Ronaldo daha əvvəl hədəfinin 1000 qola çatmaq olduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью