Ronaldodan daha iki qol

06.12.2024

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Kriştiano Ronaldo yaşıl meydanda qollarını sıralamaqda davam edir.

“Əl-Nəssr”in hücumçusu Səudiyyə Ərəbistanı çempionatında “Damak”a qarşı keçirilən matçda dubl etməklə komandasına qələbə qazandırıb. Portuqaliyalı futbolçu ilk hissədə penalti ilə hesabı açıb, 79-cu dəqiqədə isə matçın yekun nəticəsini müəyyənləşdirib - 2:0. Bununla da Ronaldo karyerası ərzində vurduğu qollarının sayını 915-ə çatdırıb.
Qeyd edək ki, 39 yaşlı Kriştiano bir müddət əvvəl hədəfinin 1000 qola çatmaq olduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью