Ronaldodan dəqiq açıqlama

14.11.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo növbəti dünya çempionatı barədə açıqlama verib.
"Football-plus.az" xəbər verir ki, 40 yaşlı futbolçu 2026-cı ildə keçiriləcək mundialın karyerasında sonuncu belə turnir olacağını bildirib. DÇ-2026 ABŞ, Kanada və Meksikada təşkil ediləcək. Mundialda tarixdə ilk dəfə 48 komanda iştirak edəcək.
Ronaldo Səudiyyə Ərəbistanında keçirilən turizm forumunda EFE-yə belə açıqlama verib:

“Bəli, bu doğrudu, çünki o vaxt 41 yaşım olacaq. Artıq demişəm, sadəcə, indi futbol oynamağın dadını çıxarıram”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью