Ronaldodan dubl, Əl Nəsr çempion!

22.05.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanı Pro Liqasında 2025-2026 mövsümünün qalibi bəlli olub. 

Apasport.az xəbər verir ki, son turda "Əl Nəsr" doğma meydanda "Damak"ı qəbul edib. 

Oyun ev sahibi komandanın 4:1 hesablı qələbəsiylə başa çatıb.

Bununla da xallarının sayını 86-ya çatdıran Ronaldonun komandası çempionluğunu rəsmiləşdirib. 

Görüşdə hesabı 35-ci dəqiqədə Sadio Mane açıb. İkinci hissənin əvvəlində Kinqsli Koman komandasının üstünlüyünü 2 topa çatdırıb. 58-ci dəqiqədə “Damak” hesab arasındakı fərqi minimuma endirib. 63-cü dəqiqədə Kriştiano Ronaldo ev sahiblərinin üçüncü qolunu vurub. Ronaldo 81-ci dəqiqədə dublunu rəsmiləşdirib. 

Çempionatın gümüş medallarını 84 xalla "Əl Hilal" qazanıb. 

"Benfika" Mourinyonun əvəzedicisini tapdı Zaniolo A Seriyasında qalacaq Super Liqa klubunda yeni müqavilə - RƏSMİ “Qalatasaray”da ayrılıq siqnalı: Prezident söz verdi İspaniya millisinin üzvü "Vilyareal"dan ayrılacaq - RƏSMİ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью