Ronaldodan gedişi ilə bağlı Açıqlama

01.10.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ronaldodan gedişi ilə bağlı - Açıqlama

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığmanın düşərgəsini tərk etməsi ilə bağlı açıqlama yayıb.

QOL.az xəbər verir ki, 41 yaşlı hücumçu sosial şəbəkə hesabında qərarını Portuqaliya Futbol Federasiyasının prezidenti ilə söhbətdən sonra verdiyini bildirib.

“Milli komandanın baş məşqçisinin mətbuat konfransından və Portuqaliya Futbol Federasiyasının prezidenti ilə söhbətdən sonra milli komandanın düşərgəsini tərk etmək qərarına gəldim.

Vaxtı gələndə milli komandadan ayrılmağıma səbəb olan məsələlərlə bağlı həqiqəti bütün portuqaliyalılara danışacağam. Həmişə bu komandaya özümü həsr etmişəm.

İndi isə Portuqaliyaya və istisnasız olaraq bütün komanda yoldaşlarıma uğurlar arzulamaq vaxtıdır”, – deyə Ronaldo qeyd edib.

Xatırladaq ki, son günlər Ronaldo ilə Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus arasında fikir ayrılığının yarandığı bildirilirdi. Dünən Ronaldo millinin düşərgəsini tərk edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью