Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
“Əl-Nəsr”in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə “son rəqs”ini etməyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə portuqaliyalı jurnalist Migel Pereyra məlumat paylaşıb.
Onun sözlərinə görə, təcrübəli futbolçunun düşərgəsi – Jorje Jezus və Portuqaliya Futbol Federasiyası arasında artıq lazımi təmaslar qurulub, tərəflər arasında razılıq əldə olunub.
Qeyd olunur ki, 41 yaşlı hücumçu karyerasındakı 1000-ci qolunu məhz Portuqaliya millisinin heyətində vurmaqda qərarlıdır. (Offsideplus.az)